Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi

My blogs

Blogs I follow

About me

Introduction (SMDT) Azərbaycanda azad, demokratik və ədalətli seçkilərin keçirilməsi, seçki sistemi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı yönündə çalışan tərəfsiz qeyri-hökumət təşkilatıdır. SMDT qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri tərəfindən 1 dekabr 2008-ci ildə yenidən təşkil edilib. SMDT 17 ATƏT ölkəsindən 19 milli QHT-ni birləşdirən Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsinin (ENEMO) üzvüdür. SMDT üzvləri ENEMO və ATƏT/DTİHB-nin Beynəlxalq Müşahidə Missiyaları çərçivəsində Albaniya, Belarus, Norveç, Qırğızıstan, Gürcüstan, Türkiyə və Ukraynada keçirilən seçkiləri müşahidə ediblər. SMDT Azərbaycanda fəaliyyət göstərən yerli vətəndaş qrupları, QHT-lər və KİV, o cümlədən ABŞ Beynəlxalq İnkişaf Agentliyi ( USAİD), ABŞ Beynəlxalq Əlaqələr üzrə Milli Demokratiya İnstitutu ( NDİ), ABŞ Demokratiyanın Milli Himayə Fondu (NED), German Marşal Fondu, ATƏT-in Bakı Ofisi, Avropa Şurasının nümayəndəliyi, Avropa Birliyinin nümayəndəliyi və xarici ölkə səfirlikləri ilə əməkdaşlıq edir. E-mail: emc.az2001@gmail.com